Yardım

1. Elan necə yerləşdirilməlidir?

Elanınızı yerləşdirmək üçün aşağıdakı addımları yerinə yetirməlisiniz:

1.1

Yuxarı menyuda yerləşən "Yeni" düyməsinə və ya sağ altda yerləşən "+" düyməsinə daxil olun.

1.2

"Yeni" və ya "+" düymələrindən birinə daxil olduqdan sonra açılan menyudan elanınıza uyğun olan kateqoriyanı seçin.

1.3

Açılan "Yeni Elan" səhifəsində tələb olunan bütün məlumatları tam, dəqiq və doğru şəkildə daxil edin.

1.4

Gmail ünvanınızı və telefon nömrənizi mütləq düzgün daxil etməlisiniz. Çünki elanınızın şifrəsi və elan nömrəsi sizə e-poçt vasitəsilə göndəriləcək.

1.5

Bütün məlumatları düzgün daxil etdikdən sonra "Paylaş" düyməsinə klikləyin. Bundan sonra sizi elanınızın məlumatlarını əks etdirən səhifə qarşılayacaq.

1.6

Bütün bu addımları tamamladıqdan sonra elanınız yoxlanışa göndəriləcək və məlumatlar düzgün olduqda elanınız saytda yayımlanacaq.

2. Elanı paylaşdım, amma saytda və ya elan nömrəsi ilə axtarışda görünmür

Elanınız saytda paylaşdıqdan sonra adminlər tərəfindən yoxlanıldıqdan sonra aktiv edilir.

3. Elanım niyə paylaşılmadı?

Əgər elanınızda hər hansı bir səhv və ya problem aşkar edilərsə, adminlər elanınızı yayımlamayacaq.

4. Elanımı saytda necə tapa bilərəm?

Elanı paylaşdıqdan sonra sizi qarşılayan səhifədə göstərilən elan nömrəsini istifadə edin. Və ya Gmail ünvanınıza göndərilən "Elan nömrəsi" ilə yuxarı menyuda yerləşən axtarış bölməsinə daxil edərək elanınızı tapa bilərsiniz.

5. Elan necə silinir?

Elanınızı silmək üçün saytda elanınızın üzərinə klikləyin və "Ətraflı" səhifəsinə daxil olun. Orada yerləşən "Sil" düyməsinə basın. Açılan pəncərədə elanınızın şifrəsini daxil edib "Sil" düyməsinə vurun. Bununla elanınız saytdan silinəcək.

6. Elan necə VIP olur?

Elanınızı VIP etmək üçün aşağıdakı addımları yerinə yetirməlisiniz:

6.1

Elanınızı VIP elan etmək üçün elanınızın üzərinə klikləyin və "Ətraflı" səhifəsinə daxil olun. Orada elan şəkilinin üzərində yerləşən "VIP Elan Et" düyməsinə klikləyin.

6.2

Açılan pəncərədə elanınızın VIP olma müddətini seçin və elanınızın şifrəsini daxil edin.

6.3

Yeni açılan pəncərədə ödənişi göstərilən karta edin və ödəniş çekinin məlumatlarını tam və düzgün doldurun. Sonra "Təsdiq Et" düyməsinə basın.

6.4

Bütün addımları düzgün yerinə yetirdikdən sonra elanınız yoxlanışa göndəriləcək və təsdiqləndikdən sonra saytımızda VIP elan olaraq yuxarı sıralarda göstəriləcək.

7. Elan necə irəli çəkilir?

Elanınızı irəli çəkmək üçün aşağıdakı addımları yerinə yetirməlisiniz:

7.1

Elanınızı irəli çəkmək üçün elanınızın üzərinə klikləyin və "Ətraflı" səhifəsinə daxil olun. Orada elan şəkilinin üzərində yerləşən "İrəli Çək" düyməsinə klikləyin.

7.2

Açılan pəncərədə elanınızın irəli çəkilmə müddətini seçin və elanınızın şifrəsini daxil edin.

7.3

Yeni açılan pəncərədə ödənişi göstərilən karta edin və ödəniş çekinin məlumatlarını tam və düzgün doldurun. Sonra "Təsdiq Et" düyməsinə basın.

7.4

Bütün addımları düzgün yerinə yetirdikdən sonra elanınız yoxlanışa göndəriləcək və təsdiqləndikdən sonra saytımızda yuxarı sıralarda göstəriləcək.

8. Öz reklamımı saytda necə paylaşa bilərəm?

Sayta reklam yerləşdirmək üçün aşağıdakı addımları yerinə yetirməlisiniz:

8.1

Saytda reklam yerləşdirmək üçün səhifənin ən aşağı hissəsində yer alan "Səhifələr" bölməsində "Reklam Yerləşdir" səhifəsinə daxil olun.

8.2

Reklam qaydaları ilə tanış olduqdan sonra səhifənin sonunda yerləşən "Reklam Yerləşdir +" düyməsinə klikləyin. Açılan pəncərədə tələb olunan məlumatları tam və düzgün doldurun.

8.3

Ödənişi göstərilən karta edin və ödəniş çekinin məlumatlarını tam və düzgün doldurun. Sonra "Ödənişi Təsdiq Et" düyməsinə vurun.

8.4

Bütün addımları tamamladıqdan sonra reklamınız yoxlanışa göndəriləcək və təsdiqləndikdən sonra saytımızda yerləşdiriləcək.